Şrift:
Azərbaycan NATO-nun vacib tərəfdaşıdır
07.03.2016 [13:03] - Xəbərlər, Siyasət
Azərbaycan NATO-nun vacib tərəfdaşıdır. Bunu Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Bakıda keçirilən "NATO və Azərbaycan arasında cari vəziyyət və əməkdaşlığın perspektivləri" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu konfrans Rumıniyanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin, eləcə də NATO-Azərbaycan əlaqələrinin möhkəmləndirlməsinin daha bir sübutudur.

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Elmar Hüseynov isə bildirib ki, bu kimi tədbirlər NATO və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün vacibdir: ""Bakı-Tbilisi-Qars" layihəsinin işə salınmasından sonra NATO-nun Əfqanıstanla bağlı layihələr baxımından nəqliyyat imkanları artacaq".
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed