Şrift:
İlham Əliyev: Qlobal Bakı Forumunun mövzuları bütün bəşəriyyət üçün vacibdir
10.03.2016 [11:26] - Xəbərlər, Siyasət
Bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.

İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.

İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed