Şrift:
Azərbaycanın XİN rəhbəri apreldə Moskvaya səfər edəcək
18.03.2016 [10:25] - Gündəm, Siyasət
Cari il aprelin əvvəlində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Bu barədə Rusiya XİN-dəki mənbədən məlumat verilib.

Mənbənin verdiyi məlumata görə, E.Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed