Şrift:
Türk PA-nın baş katibi: "Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır"
05.04.2016 [09:57] - Gündəm, Siyasət
”Erməni silahlı qüvvələri işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır”

Türkiyə müxbirinin məlumatına görə, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun bəyanatında deyilir: ”Beynəlxalq normalar çərçivəsində Ermənistanı silahlı qüvvədən istifadə etməkdən vaz keçməyə, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çağırıram. Həlak olan Azərbaycan vətəndaşlarına Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara şəfa diləyirəm, BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT, Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının problemin sülh yolu ilə həll edilməsi üçün verdikləri qərarlar əsasında bütün erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının önəmini vurğulayıram”.

Ramil Həsənov həmçinin münaqişə tərəflərinin beynəlxalq hüquq normalarına əməl etmələrinin vacibliyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed