Şrift:
Lavrov: Münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir
09.04.2016 [10:05] - Gündəm, Siyasət
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan cümə günü Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasını müzakirə ediblər.

RİA Novosti agentliyinin verdiyi məlumata əsasən, rusiyalı nazir regionda güc tətbiqini qəbuledilməz olduğunu deyib.

O həmçinin deyib ki, Rusiya vəziyyətin kəskinləşməsinin əvvəlindən atəşkəs üzrə səylər göstərib. Onun sözlərinə görə, münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir. Lavrov atəşkəs haqqında razılaşmaya əməl olunmasının, bu vür vəziyyətin təkrarlanmamasının və danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etdirilməsi üçün müvafiq şəraitin yaradılmasının vaciblini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed