Şrift:
ABŞ Ukraynaya 50 milyon dollar ayıracaq
14.04.2016 [09:59] - Gündəm, Siyasət
ABŞ hökuməti Ukraynanın Milli Qvardiyası və Dövlət Sərhəd Xidmətinə yardım məqsədi ilə 50 milyon dollar ayıracaq.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirinin köməkçisi Maykl Karpenter Ukrayna daxili işlər nazirinin müavini Sergey Yarovoy ilə görüşü zamanı bildirib.

"Ayrılan vəsait müvafiq avadanlıqların alınması və idarəetmə sistemində islahatların keçirilməsinə yönəlib", - M.Karpenter bildirib.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed