Şrift:
Sergey Lavrov: Moskva Vaşinqtonla qarşıdurmaya çan atmır
14.04.2016 [12:37] - Gündəm, Siyasət
Moskva Vaşinqtonla əlaqələrin əvvəlki səviyyəyə kimi bərpasına ümid edir və ABŞ, NATO və Avropa İttifaqı (Aİ) ilə qarşıdurmaya çan atmır.

TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

S.Lavrov qeyd edib ki, Rusiya heç vaxt ABŞ, NATO və Aİ ilə qarşıdurmanın təşəbbüskarı olmayıb: "Qarşıdurmaya köklənmə isə dünya inkişafının bərpasının optimal vektoru istiqamətindəki səyləri yalnız əngəlləyir".

S.Lavrov deyib ki, Moskva Rusiya-Amerika əlaqələrinin gələcəkdə normal istiqamətə qayıdacağına ümid edir.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed