Şrift:
Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat yayıb
22.04.2016 [09:51] - Gündəm, Siyasət
Dağlıq Qarabağda atəşkəs haqqında 1994-cü və 1995-ci illərdə bağlanmış sazişlər müddətsiz xarakterə malikdirlər və münaqişə zonasında barışığın əsasını təşkil edirlər.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki: "Dağlıq Qarabağın ətrafında vəziyyətin inkişafının kontekstində Rusiya buna əsaslanır ki, atəşkəs haqqında 1994-cü ildə bağlanmış saziş, həmçinin onun inkişafına qəbul edilmiş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsi haqqında 1995-ci ildə bağlanmış razılaşma müddətsiz xarakterə malikdirlər və əvvəlki kimi münaqişə zonasında barışığın əsasını təşkil edirlər".

Bəyanatda eyd olunur ki, bu prinsipial mövqe ATƏT-in Minsk qrupunun həmsədrlərinin "üçlüyü"nün ümumi yanaşması ilə tamamilə uyğundur.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed