Şrift:
Məryəm Əl-Nəsr: Bakı sülh və dialoq şəhəridir
27.04.2016 [11:00] - Gündəm, Siyasət
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu qlobal problemlərin həlli yollarının tapılması və müzakirəsi, eləcə də Azərbaycan reallıqları ilə tanışlıq üçün imkanlar təqdim edir.

Bunu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qətər təmsilçisi Məryəm Əl-Nəsr AZƏRTAC-a müsahibəsində deyib.

Qonaq Azərbaycan hökumətinin belə irimiqyaslı tədbirlər təşkil etməsinin çox əhəmiyyətli olduğunu bildirib.

M.Nəsr onu da qeyd edib ki, Forumda dünya ictimaiyyəti qarşısında dayanan məsələlərə mühüm cavablar tapıla bilər. "Mən daim dəyişən Bakını sevirəm. Bakı sülh və dialoqun tərəqqi etdiyi bir şəhərdir", - deyə M.Nəsr bildirib.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed