Şrift:
Müdafiə naziri: Heç kəs İranın raket qabiliyyətini əngəlləyə bilməz
27.04.2016 [14:06] - Gündəm, Siyasət
Heç kəs İranın raket müdafiə sistemlərinin möhkəmlənməsini əngəlləyə bilməz.

Bu barədə İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada bildirib.

Nazir deyib ki, İran öz məqsədlərini və rasional maraqları təmin etmək üçün ən yüksək səviyyələrdə addımlar atacaq və silahlı qüvvələrini təciz edəcək: "Bu yolda heç bir qüvvə və ya heç bir təşkilat İranın müdafiə qabiliyyətini, o cümlədən raketdən müdafiə qabiliyyətinin inkişafını dayandıra bilməz".

H.Dehqan bildirib ki, İran heç vaxt digər ölkələrin təhlükəsizliyinə hədə-qorxu gəlməyib və gəlmək fikrində də deyil: "Tehran suveren ölkələrə qarşı təcavüz və gücdən istifadəni pisləyir".

Qeyd edək ki, İran naziri Moskvada keçirilən Beynəlxalq təhlükəsizlək konfransında iştirak edir.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed