Şrift:
XİN: Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır
18.05.2016 [10:10] - Gündəm, Siyasət
Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, Türkiyə İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın bir hissəsidir və bütün əməliyyatlar yalnız koalisiya çərçivəsində aparılır.

XİN-dən bildiriblər ki, Türkiyə İŞİD ilə mübarizə çərçivəsində beynəlxalq koalisiyaya özünün İncirlik hərbi aviabazasını təqdim edib: "Türkiyə Silahlı Qüvvələri ölkəmizin ərazilərinə açılan atəşlərə cavab olaraq, İŞİD döyüşçülərinin mövqelərinə dəqiq zərbələr endirir".

Həmçinin qeyd olunub ki, İŞİD nəinki Türkiyə, bütün region üçün təhdiddir.
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed