Şrift:
XİN: Ermənistanın Azərbaycan ərazilərinin işğalına əsaslanan status kvonun davam etdirilməsi bütün region üçün ciddi təhlükə mənbəyidir
09.07.2016 [22:06] - Gündəm, Siyasət
Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalına əsaslanan status kvonun davam etdirilməsi bütün region üçün ciddi təhlükə mənbəyi olmaqda davam edir.

Bunu açıqlamasında Ermənistan prezidentinin açıqlamasını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Ermənistan rəhbərliyi bu açıqlaması ilə beynəlxalq ictimaiyyətin qəbuledilməz və dayanıqsız hesab etdiyi mövcud status kvonun dəyişdirilməsinə məhz Ermənistanın maneə olduğunu etiraf edir. Ermənistan rəhbərliyi davamlı şəkildə hərbi işğal faktını münaqişənin həlli prosesində gündəmə gətirməklə, beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində regiona davamlı sülh gətirmək naminə olan çağırışlarına və səylərinə qarşı çıxış edir", - deyə Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın təxribatı və təhriki ilə başlamış məlum aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalına əsaslanan status kvonun davam etdirilməsi bütün region üçün ciddi təhlükə mənbəyi olmaqda davam edir.

"Status kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsilik Şurasının məlum qətnamələrinə uyğun olaraq, hər hansı qeyd-şərt qoymadan Ermənistan qoşunlarının dərhal və tam şəkildə bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır", - deyə Hikmət Hacıyev bildirib.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed