Şrift:
ABŞ Avropada terror aktlarının davam edəcəyini istisna etmir
16.07.2016 [00:29] - Gündəm, Siyasət
ABŞ Dövlət Departamenti Avropada terror aktlarının davam edəcəyini istisna etmir.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, Departament bunu Suriya və İraqda hərbi əməliyyatlarda iştirak etmiş Avropa ölkələrinin vətəndaşlarının vətənlərinə qayıdışı ilə əlaqələndirir.

ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik Bürosunun məlumatında deyilir: "ABŞ hökuməti hesab edir ki, İŞİD sıralarındakı avropalılar Suriya və İraqdan qayıtdığı müddətdə Avropada terror hücumlarının qalma ehtimalı var".

Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Naməlum şəxslər yük maşınını kütlənin üstünə sürüb, sonra avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed