Şrift:
Hillari Klinton ABŞ prezidentliyinə namizəd kimi təsdiqlənib
27.07.2016 [10:22] - Gündəm, Siyasət
ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed