Şrift:
İrəvanda etiraz aksiyasının iştirakçıları bir sıra şərtlər irəli sürüblər: Sarkisyan getməlidir
28.07.2016 [10:04] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevanda etiraz aksiyasının iştirakçıları hakimiyyətə bir sıra tələblər irəli sürüblər.

RİA Novosti-nin verdiyi məlumata görə, polis binasını ələ keçirən silahlı qrupa dəstək məqsədi ilə təşkil edilən etiraz aksiyasının iştirakçıları polis tərəfindən saxlanılanların azad edilməsini tələb edirlər.

Onlar həmçinin prezident Serj Sarkisyandan istefa verməyi tələb edirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed