Şrift:
İslam peyğəmbəri haqqında çəkilən filmin kütləvi nümayişinə başlanılacaq
29.07.2016 [11:09] - Xəbərlər, İslam dini
İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi “Məhəmməd” filminin ekranlarda nümayiş olunacağı vaxt açıqlanıb.

Anadolu xəbər agentliyi məlumat verir ki, film oktyabrın 28-də ekranlarda nümayiş olunacaq.

Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.

Ümumi büdcəsi 30 milyon dollar olan filmdə İslam peyğəmbərinin üzü göstərilmir. Film “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır.

Qeyd edək ki, İslam peyğəmbəri haqqında indiyə kimi 40-dək film çəkilib.
Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed