Şrift:
Ərdoğan: Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq
10.08.2016 [12:00] - Xəbərlər, Siyasət
Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq.

TRT Haber telekanalı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti R.T.Ərdoğan Rusiyaya gəlib. Bu, Ankara və Moskva arasında yaranmış böhran və Türkiyədəki hərbi çevriliş cəhdindən sonra R.T.Ərdoğanın Rusiyaya ilk səfəridir.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed