Şrift:
XİN: Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib
20.08.2016 [11:05] - Gündəm, Siyasət
Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib. Anadolu agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, bununla belə Ankara bəyan edib ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə bir fikir formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır.

Nazir əlavə edib ki, Türkiyə əvvəl olduğu kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed