Şrift:
Ərdoğan: "Fırat Qalxanı" əməliyyatı PYD-nin tam ləğvinə qədər davam edəcək
29.08.2016 [10:35] - Xəbərlər, Siyasət
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, " Fırat Qalxanı " əməliyyatı "Demokratik ittifaqı" (PYD) ləğv olunana qədər davam edəcək.

Bu barədə Anadolu agentliyi xəbər verir.

Türkiyə prezidenti qeyd edib ki, "İslam dövləti" terror təşkilatı ilə Cerablusda, Başikdə, lazım olarsa başqa yerlərdə də mübarizə aparılacaq.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Cerablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed