Şrift:
Elmar Məmmədyarov ATƏT və Aİ-nin toplantılarında iştirak edəcək
31.08.2016 [10:38] - Gündəm, Siyasət
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında, sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bu barədə XİN-dən məlumat verilib.

E.Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed