Şrift:
Obama Rusiyaya qarşı sanksiyaların götürülməsi üçün şərtlərini açıqladı
06.09.2016 [07:09] - Gündəm, Siyasət
ABŞ Rusiya Minsk razılaşmasını yerinə yetirməyənə qədər sanksiyaları ləğv etməyəcək.

RİA Novosti xəbər verir ki, ABŞ Prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra iki dövlət arasındakı münasibətlərdə bir sıra detalları açıqlayıb.

Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı məsələyə gəlincə B.Obama deyib: "Minsk razılaşması var... amma yerinə yetirilmir. Mən açıqladım ki, onlar reallaşmayana qədər ABŞ Rusiyaya qarşı sanksiyaları aradan götürməyəcək".
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed