Şrift:
Prezidentliyə namizədi Gennadiy Zyuqanov seçkilərin nəticələrini tanımayacağını bildirib
04.03.2012 [23:23] - Gündəm, Siyasət
Rusiya prezidentliyinə namizəd, Kommunist Partiyasının lideri Gennadiy Zyuqanov prezident seçkilərinin nəticələrini tanımayacağını söyləyib.
Bu barədə kommunistlərin lideri seçki bitəndən sonra özünün seçki qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
G. Zyuqanov seçkilərin saxtalaşdırıldığını söyləyib. Onun sözlərinə görə, Kommunist Partiyası seçkilərin nəticələrini tanımayacaq: “Biz hesab edirik ki, seçkilər qeyri-legitim və qeyri-şəffaf keçirilib”.
G. Zyuqanov seçkiləri saxtalaşdırdığına görə hakimiyyətə təzyiqləri davam etdirəcəklərini söyləyib.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatında bületinlərin 25%-nin hesablandığı bildirilib. Açılan bületinlərin nəticələrinə görə, Vladmir Putin 63,08%, Gennadi Zyuqanov 17,36%, Vladimir Jirinovski 7,39%, Mixail Proxorov 7,38%, Sergey Mironov 3,66% səs toplayıblar.
Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed