Şrift:
Paris Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar üçün Azərbaycan və Ermənistan rəhbərlərini qəbul etməyə hazırdır
21.09.2016 [11:24] - Gündəm, Siyasət
Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyev və Serj Sarkisyanı qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə RİA Novosti məlumat verir.

F.Olland Ermənisatnın müstəqilliyi günü münasibətilə S.Srkisyana göndərdiyi məktubda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və sabit nizamlanması hədəfinə sadiqdir: "Həddindən artıq uzanan bu münaqişənin həlli üzrə tədbirlərin müzakirəsi üçün... Parisdə qəbul etməyə hazıram".
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed