Şrift:
Dağlıq Qarabağda "dondurulmuş" münaqişə davam edir - Estoniya prezidenti
22.09.2016 [09:09] - Gündəm, Siyasət
Gücdən istifadə qadağası və dövlət sərhədlərinin toxunulmazlıq prinsipi BMT nizamnaməsində öz əksini tapıb.

Bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Estoniya prezidenti Toomas Hendrik İlves deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda və Dnestryanıda "dondurulmuş" münaqişələr davam edirlər.

Toomas Hendrik İlves beynəlxalq hüquq normalarına riayət olunmasını təmin etməyə imkan verəcək mexanizmlər yaradılmasının zəruri olduğunu qeyd edib. O hesab edir ki, BMT bu istiqamətdə işə başlamasa, öz aktuallığını itirəcək.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed