Şrift:
Yeni parlamendə İranın siyasi xətti daha da kəskin olacaq
05.03.2012 [13:13] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranda martın 2-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri artıq məlumdur. İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar parlament seçkilərində seçicilərin 65 faizə yaxının, başqa sözlə seçki hüququna malik 48 milyon əhalinin 26 milyonun iştirak etdiyini bildirib. Nazir bildirib ki, artıq 145 seçki məntəqəsində seçkilərin nəticələri məlumdur.
Son nəticələrə görə, 290 yerlik parlamentə 135 nəfər deputat seçilib, 10 namizəd isə ikinci mərhələdə mübarizə aparmalı olacaq. Qeyd edək ki, İranda parlament seçkiləri İsrail və Qərblə münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edib. Ölkənin ali dini lideri Seyid Əli Xamaneyi seçkilərin İran xalqının bir sınağı adlandıraraq xalqı səsverməyə çağırıb. Son seçkilərin daha bir məqamı bu dəfə ki seçkilərdə mübarizənin mühafizəkar adlandırılan dindar qrupların arasında davam etməsidir. Qərb mediasının yazdığına görə, əsas rəqiblər hazırkı prezident Mahmud Əhmədinejadın və ali dini liderin tərəfdarlarıdır.
Son məlumatlara görə, prezident Mahmud Əhmədinejadın mühafizəkar rəqibləri irəlidə gedir. Belə ki, ali dini lider Ayətulla Əli Xamneyinin tərəfdarları bir neçə regionda qalib gəliblər. Əhmədinejadın doğma şəhəri Qarmsarda isə onun kiçik bacısı Pərvin Əhmədinejadın uduzduğu xəbər verilir.
Eyni zamanda bu dəfəki seçkilərdə 2009-cu ildə keçirilən seçkilər zamanı müxalif cəbhəni təmsil etmiş Mehdi Kərrubi və Mirhüseyn Musəvinin tərəfdarları iştirak etmir. Müxalifət seçkiləri boykot etdiyini elan edib.
İranda son parlament seçkilər demək olar ki, alternativsiz keçib.İranın yeni qanunverici orqanı mühafizəkar ağırlıqlı olacaq. Bu isə daha çox rejimin qarşıda ölkəni gözləyən beynəlxalq təzyiqlərə müqavimət imkanlarını gücləndirmək məqsədi güdüb: “Bu seçkilərdə müxalif namizədlər qeydə alınmadı. Digər tərəfdən, müxalifət və islahatyönlü şəxslər vardı, hansılar ki, 2009-cu il seçkilərində xalq etirazlarının önündə gedirdilər. Həmin şəxslər seçkiləri boykot etdilər. O baxımdan, İranda son seçki demək olar ki, alternativsiz keçdi. Bəzi müşahidələrə görə, bu dəfə mübarizə mühafizəkar qüvvələrin öz aralarında keçdi. Bu qüvvələrin birinin başında dini lider ayətullah Seyid Əli Xameneyi, digər qrupun liderinin isə hazırkı prezident olduğu bildirilirdi. Gələn şərhlərə görə, seçkilərdə ali dini liderin tərəfdarları qalib gəlib. Bu isə onu göstərir ki, İranın siyasi xətti daha da kəskin olacaq. Bu seçkilərlə qarşıda İranı gözləyən təhlükələr qarşısında bir növ “kəmərləri bərkitdi”. Parlament birmənalı olaraq mühafizəkarların nəzarətinə keçdi. İlk rəy bundan ibarətdir ki, parlament alternativsizdir, çünki üzvlərin böyük əksəriyyəti mühafizəkarlardan ibarət olacaq”.
Seçkilərdə mühafizəkar qanad daxilində çatın olduğunun üzə çıxdığını deyən N.Mirininin qənaətinə görə, bu vəziyyət artıq qatı dinçilər İranın faktiki sahibi olduğunu göstərir: “Bu parlament seçkiləri bunu bir daha sübut etdi. Ölkəni gözləyən təhlükələr qarşısında mühafizəkarlar qanunverici orqanda möhkəmləndilər. Bu həm də ona işarədir ki, yeni prezidentin də Xameneyinin təyinatı ilə müəyyən olunacaq”.
yeni İran parlamenti Qərbə münasibətdə daha sərt olacaqı ehtimal olunur, danışıqlara, güzəştlərə meylli olmayacaq: “Bundan sonra demək olar ki, İrandakı bütün güc mərkəzləri mühafizəkarların əlinə keçdi. Buna qədər İranda parlament dini liderdən sonra ikinci güc mərkəzi hesab olunurdu. Ancaq bu seçkilərlə qanunverici orqan da nəzarətə götürüldü. Bu da onu göstərir ki, bundan sonra artıq xarici siyasətdə də güzəştsiz xətt götürüləcək. Bu isə həm də Qərblə növbəti qarşıdurmanın anonsudur”.
Bu xəbər oxucular tərəfindən 1574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed