Şrift:
Vladimir Putindən ciddi kadr dəyişiklikləri
23.09.2016 [09:21] - Gündəm, Siyasət
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Sergey Narışkinə Xarici kəşfiyyat xidmətinə rəhbərlik etməyi təklif edib.

Bu barədə İnterfax xəbər verir.

Prezidentin köməkçisi Dmitri Peskov bildirib ki, Putin Sergey Narışkin və Xarici kəşfiyyat xidmətinin hazırki sədri Mixail Fradkov ilə görüşündə belə bir təklif irəli sürüb. Fradkova isə öz növbəsində Rusiya Dəmir Yollarına başçılıq etmək tapşırılıb.

Onun sözlərinə görə, yeni təyinatlarla bağlı prezident yaxın vaxtlarda fərman imzalayacaq.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed