Şrift:
Iranda hüquq müdafiəçisi 18 il həbsə və sürgünə məhkum edildi
05.03.2012 [15:40] - Hüquq
İranda fəaliyyət göstərən “Bəşər Hüquqlari Evi”nin verdiyi məlumata əsasən İran məhkəmələrində uzun müddət hüquq müdafiçisi işləyən və 1995-ci ildə Alamniyada ilin ən yaxşı hüquq müdafiəçisi mükafatına layiq görulən Əbdülfətah Sultani Tehran inqilab məhkəməsinin 26-ci şöbəsinin qərarilə 18-il həbs və sürgünə məhkum edilib və 20 il müdətinə vəkillik fəaliyətinə qadağa qoyulub.Məlumata görə bu vəkil İran hakimiyyəti əleyhinə təbliğ,qanunsuz hüquq müdafiçiləri təşkilatı yartmaq,islam hakimiyyətinə qarşı fəaliyyət və xarici ölkələrdən həram pul və mükafat aımaqda itiham olunub.Xatırladaq ki,Əbülfətah Sultanı İranda siyasi məhbusların hüquqlarını müdafiə edən təcrübəli vəkillərdən biri kimi tanınırdı o,sonuncu prezudent seçkilərinin nəticələrində saxtakarlıq olduğuna etiraz edənləri müdafiə etdiynə görə dəfələrlə həbs olunaraq Tehranın Evin həbsxanasının 209-ci kamerasında ağır işkəncə və təziqlərə məruz qaldığı bildirilir.İran inqilab məhkəməsi onu bir müddət öncə mülki girov müqavilində müvəqəti azadlıqa buraxmışdı.Əbdülfətah Sultani son günlərdə Tehran inqilab məhkəməsinə çağrılaraq onu İran əleyhinə xarici dövlətlərə casusluq edən şəxslərə məhkəmə sirlərini verməkdə və hakimiyyət əleyhinə fəaliyyət göstərməkdə itiham edərək 18-il azadlıqdan məhrum və Bezarcana sürgün edilmək qərarı 20 il vəkilik etmək hüququndan məhrum edilmək qərarı çıxarıb.

DAVAM
Bu xəbər oxucular tərəfindən 1485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed