Şrift:
Əbu-Dabidəki Azərbaycan vətəndaşlarının 50 faizindən çoxu referendumda səs verib
26.09.2016 [11:14] - Gündəm, Siyasət
Azərbaycanın BƏƏ-dəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycanda Konstitusiyaya dəyişiklər edilməsi üzrə referendumda seçki aktivliyi indiki vaxtadək 50 faizdən çox təşkil edib.

Bunu Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Əbu-Dabidəki səfirlikdə 16-cı Yasamal seçki dairəsi nəzdində yaradılmış məntəqənin seçki siyahısında BƏƏ-də daimi və ya müvəqqəi yaşayan 76 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Daha 197 nəfər isə Dubaydakı Baş Konsulluqda açılmış seçki məntəqəsində qeydiyyata alınıb.

Səfir qeyd edib ki, hər iki seçki məntəqəsində səhər saatlarından aktivlik müşahidə edilir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed