Şrift:
Putin: "Rusiya və Türkiyə qaz qiymətlərinə endirim barədə razılığa gəliblər"
11.10.2016 [10:28] - Gündəm, Siyasət
Rusiya və Türkiyə "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Türk axını” layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik", deyə Putin bildirib.

Türkiyə üçün qaz endirimi ilə bağlı dövlət başçısı tərəfindən “Qazprom” şirkətinə müvafiq tapşırıqlar verilib. Iqtisadi məsələlər ilə yanaşı, Ərdoğan və Putin Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed