Şrift:
Armin Ahmedzade (Armin Yalnız) kimdir?
11.10.2016 [10:39] - Köşə yazarları, Müsahibə
• Cenubi Azerbaycanın Tebriz şeherinde yaşayıram. Amma Araz bölünmeden Qedim Naxçıvanın maku şeherinde anadan olmuşam. Amma Tebrizde böymüşem. Biz anadan başqa şeherlerde doğulsaqda da gelib Bakı kimi, Tebriz kimi şeherlerde yoğruluruq.
Hal-hazırda Sakaryadasınız?
- Beli, Sakarya Universitetinin Temel Bilimler bölümünün 2- ci kursundayam. Tar çalğı aleti ixtisasımdır. Universitete meni Milli musiqimizi tebliğ etmek isteyi getiribdir. Demek olar ki, burada hem tehsil alır hem de musiqimizi tebliğ edirem. Bura geldiyim günden hocalarımdan çox dayaq, çox isti münasibetler gördüm. Menim burada tar ifamı da çox sevdiler ve desteklediler. Tebrizden geldiyim üçün mene çox ferqli nezerle baxdılar. Tar ıster Azerbaycanda ister Türkiyede geniş yayılsa da tebrizde o qeder de akademik deyildir. Bunun üçün hem istedadımı hem de isteyimi erseye getirdim. Mene ele gelir ki, nailiyyetlerim var ve daha da çox olacaqdır.
Deyirsiniz ki, tar qedim Azerbaycan musiqisidir. Amma nedense bezi menfur düşmenlerimiz bu çalğı aletimizi de öz adlarına çıxarmağa can atırlar?
• Bilirsinizki ermeniler her zaman Azerbaycan musiqisine, torpaağına göz dikibler. Amma bütün dünya xalqları bilir ki tar da, muğamat da qarabağ da Azerbaycanındır. Ermeniler ise bir çox ölkelerde özlerine soyqırım hayh-küyü salıblar. Amma görünen kende beledçi tutulmaz. Azerbaycan ise ele işıqlıdır ki, Ermenilerin gözünü qamaşdırır. Şuşaya aid olan tar Azerbaycan tarix muzeyinde onu sübut edir ki, tar qedim azwerbaycan aletidir.
Hansı tarzenlerden kimi tanıyırsan azerbaycanda?
-Möhlet Muslümov, Humay, Ramiz Quliyev, Şehriyar İmanov ve b. Qedimlerden ise Ağaselim, Seid Rüstemov kimi dâhilerin ise tanıtım ve tarın inkişafı olmazdı. Marağım tara uşaqlıqdan yarandı. Bilmirem heç bu istek hardan yarandı amma onu bilirem ki, uşaqlıqdan atamın üstünü kesdim ki, mene tar alsın. Atam ise tar almaq evezi mene bir qondarma tar düzeltdi ve men belelikle bu tar menim gündelik fealiyyetim oldu. Bir zaman ayıldım ki, men tarsız tar mensiz yaşaya bilmez.. Babam bunu anlayınca mene tar aldı, kurslara yazdırdı ve daima mene destekn oldu. O zaman menim 13 yaşım var idi.
Tar ifanız yaşınıza göre çox yaşlıdır. Bunun için neler etdiniz ve ya bu bir fitri istedaddır?
• Bu bir Allah vergisidir. Amma bu yerlerle gelmeyimde yeni dediyiniz kimi bişmeyimde tebii ki,müellimlerimin rolü böykdür. İstedad, senetkarlıq ruhu qanımda olub menim. Çox çalışdım tarın çalarlarını öyrenmeye. Onun üçün buralara qeder çıxmışam. Bilirsiniz ki, tarın akademik kursları, konservatör tehsil yoxdur Tebrizde. Onun üçün çabalamışam. Azerbaycandan tar ifaçılarını, Möhlet Müslümovu, Ramiz Quliyevi izleye-izleye bu nailiyyetleri elde etmişem.
Azerbaycanda yaşamaq isterdinmi?
-Orda oxumaq isterdim, yaşamaq isterdim, amma tale meni Sakaryaya getirdi ve burada bir Tebriz, Azerbaycandır menim üçün. Deyerli ınsanlarla tanış oldum. Sibel Çelik, Sedat Solakoğlu, Ali ONK, ele sizlerlerle birge özümü bütöv hiss etdim. İsterdim ki, tanıtım bestelerim Azerbaycanda da senetçiler terefinden tanınsın amma ele bil elaqem olmayıb. Düşünürem ki, yaxın zamanlarda Azerbaycana gedecem ve orda hemkarlar ve müellimlerimle yaxından taniş olacağam. Bu menim arzularımdan en ezizidir deyim.
Üreyinde ne qaldı?
• ‘Azerbaycan oğluyam’ kimi mehşur Azerbaycan mahnısı var. Çox gözel qehremanlıq,şücaetden behs edeen bir milli musiqidir. Buna burada Azerbaycanlılar qol götürüb oynayanda teeccüblenirem. Etirazımı bildirende mene dediler ki, bacarırsansa onda o sözlere bir musiqi yaz. Yazdım ve yaxınlarda bunu seslendirmeyi düşünürem. Biz Azerbaycanlıların musiqisi çox qedim ve gözeldir. Biz onu qorumalı ve yerinde herehet etmeliyik.
Hem de şairsiniz?
• Şair demiyek. Sadece üreyime düşenleri, düşüb cücerenleri, pöhrelenen duyğularımı qeleme alıram. Bununla da özüm-özümle dil tapır, dertleşir,dostlaşıram. Duyğularımla dil tapıram poeziyada, tarda. Bir-biri gözel anlayırıq. Bezen Fizulinin, Mövlananın irfanindan bezen ıse Memmed Arazın, Şehriyarın sade şeirlerinden, bezende Mikayil Muşfiqin. Bextiyar Vahabzadenin poeziyasından behrelenirem. Şeirlerimden birini ise can Azerbaycanımızın metbuatına ermeğan edirem:

Daha yol da yorulubdur gözlerime baxmaqdan,
Gözde yaş da quruyubdur izlerine axmaqdan.

Getdiyin an dedin gözle dönecem bir gün elbet,
Elendi qar saçlarıma intizarda qalmaqdan.

Her gün gelirem görüşe men, belke birden gelersen,
Yoruluram uzaqlardan seni xeber almaqdan.

Her an deyirem geleceksen sarılacam qoynuna,
Gelmeyince qorxuram men, sensiz yalnız qalmaqdan.

Her an keçir sanki qalır üreyime odları,
Gel ki ürek kövrelibdir hesret oduna yanmaqdan.

Yalvarıram, sızlayıram gel yar besdir intizar,
Yorulmuşam gözlerini her an yada salmaqdan.

Yorulmuşam intizardan, ayrılıqdan, hesretden,
Mene de sen yorulmadın üreyimi yaxmaqdan?

Men ‘Yalnız’ ın alnına intizar çekmek yazılıb,
Ey taleyim besdir oyan yorulmadın yatmaqdan…
Ve ya…
Azadlıq…
Çatladım alnımın çatı kimi,
Yoruldum yorğun insanlardan
Ne yaman imiş bu yalnızlıq…
Zindanlarda adını divarlara yazdım
Öpüşdün xeyalımla, uyudun uykularımla
Eşidirem ayaqlarının sesini
Gelirsen ancaq…
Ömrüm keçir saatın tıq-tıq sesine
Yarın-sabah doğum günüm
Sevmek suçuna asacaqlar
Yalnızı dardan…
Eşidirem ayağının sesini
Gelirsen ancaq
Görüşeceksen mezar daşımla…
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed