Şrift:
Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi
18.10.2016 [13:29] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətiylə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri olan və Ali Sovetdə həmin Aktın leyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:
“Ötən əsrin sonlarında Azərbaycanın taleyi yeni dünya düzənində ən mühüm məqamlardan biri idi. Çünki, bir tərəfdən Sovet imperiyasında baş vermiş azadlıq hərəkatları əsasən Azərbaycan Milli Azadlıq Hərəkatından bəhrələndiyi üçün imperiyanın güc rıçakları var gücü ilə bu hərəkatı boğmağa çalışır, digər tərəfdən də Azərbaycanın bir Türk dövləti kimi müstəqillik qazanmamasında maraqlı olan qüvvələr kifayət qədər güclü idilər.
Lakin bütün bunların qarşısında Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, azadlığına qovuşdu və bu gün artıq əsrin dördə biri qədər ömrü olan müstəqilliyi qazanmaqla Şərqin ilk demokratik Respublikasını bərpa etdi.

Bu böyük zəfərin 25 illiyi münasibətiylə Azərbaycan xalqını şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm.
Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir. Xalqımızın bu sərvəti əbədi qoruyacağından əminliyimizi ifadə edirəm!”


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed