Şrift:
Yaşasın Azərbaycan... Yaşasın Azərbaycanı sevənlər...
08.03.2012 [00:18] - Güney Azərbaycan xəbərləri, Siyasət
Vahid Azərbaycan davasına könül verən El oğlu və El Qızlarımızın Diqqətinə!
Parçalanmış DAK-ların birliyi uğrunda aparılan görüşmələr nəticəsini vermişdir. DAK Birlik komitəsinin aldığı qərar doğrultusunda DAK birlik qurultayı 27, 28 ve 29 Aprel 2012-ci il Avropa Birliyi ölkələrinin Başkəndi Brussel şəhərində HUSA Prezident hotelində keçiriləcəkdir. Indidən DAK -ların birliyinə könül verən başda gənclərimiz olmaq üzrə Ziyalıları, Media mənsublarını, Sivil toplum quruluşlarını, Diaspora nümayəndələrini, Partiya rəhbərlərini bu möhtəşəm qurultaya dəvət edirik. Bu barədə geniş bilgi KiV və GunAz tv´dən ilərdəki günlərdə veriləcəkdir.
Yaşasın Azərbaycan
Yaşasın Azərbaycanı sevənlər


Ən Dərin hörmətlərimizlə
DAK Birlik komitəsinin sözcüləri

Cavad Deraxti Isvec
Ahmed Obalı Amerika
Mir Aşraf Fatiyev Russiya
Bu xəbər oxucular tərəfindən 1876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed