Şrift:
Çıx, get, Akif Nağı!
08.03.2012 [00:54] - Sosial
Akif Nağının bəyanatına konkret cavab!

Ötən bazar millət vəkilləri, icra başçıları və 20 jurnalistin Xocavənd rayonunun Nərgiztəpə ərazisinə getmələri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağını bərk əsəbləşdirib. O, bu səfərlə bağlı dünən bəyanat verib.

Bəyanatının hər kəlməsini təhqir üzərində kökləyən bu şəxs “vətənpərvərlik” nümayiş etdirərək Nərgiztəpəyə gedənləri ermənilərə işləməkdə, milli maraqlara zərbə vurmaqda və xəyanətdə suçlayıb. Dünyanın ən ağır ittihamlarını səfərə gedənlərə ünvanlayan A.Nağı bəyanatında yazır ki, "bir dəstə jurnalistin Dağlıq Qarabağa, erməni işğaçılarının hüzuruna yola düşməsi növbəti rəzalətdir. Bu adamlar ləyaqət və şərəf hissini tamamilə itiriblər".

Nərgiztəpəyə səfər edən jurnalistlərdən biri cənab Akif Nağı ilə söhbət edib. Məlum olub ki, ixtisasca tarixçi olan və adında "Qarabağ" sözü olan bir quruma rəhbərlik edənin xəbəri yoxmuş ki, bizim getdiyimiz ərazi - Nərgiztəpə ermənilərin işğalı altında deyil, Azəbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsl rəzalət budur, ay Akif Nağı!!!

Digər acınacaqlı məqam da o oldu ki, Akif Nağı kimi düşünən bir neçə media orqanı bu rəzalətə bulaşıq bəyanatı yayımladılar. Bu da ikinci rəzalət!!!
Akif Nağının bəyanatına onun kimi sicilləmə bir cavab vermək niyyətimiz yoxdur. Çünki bu bəyanatı ilə adam özünü birdəfəlik və biabırcasına ifşa etdi. Özünün iş prinsiplərini, necə işlədiyini cəmiyyətə göstərdi.
Yalnız onu deyə bilərik ki, belə bəyantdan sonra abırı olan adam cəmiyyət içinə çıxmaz. Qarabağ Azadlıq Təşkilatı adlı quruma rəhbərlik iddiasından ömürlük vaz keçər. Başını müalicə etdirər. Ən azında isə sakitcə çıxıb gedər.
Çıx get, Akif Nağı!!!

Parlament Jurnalistləri Birliyinin üzvləri

P.S. Bir müddət öncə Millət Vəkili Fərəc Quliyevin İrəvan səfərinə də Akif Nağı bu kimi savadsız və diletant münasibət göstərmişdi. Önəmli insan kimi qəbul edilmədiyindən məsələ ciddiyə alınmamışdı. Akif Nağı, Fərəc Quliyev erməni ilə 5 il döyüşüb. Azərbaycana Soyuq adlı hərbi lokasiya sistemini bəxş edib. Sən nə etmisən? Heç olmasa tənqid etməyə çalışdığın adamın xidmətlərinin kiçik faizi qədər fəaliyyətlərin olsun bu millət üçün! Yox, yaxşı xatırladıq....Bakıda erməniyə pomidor, yumurta atmaqda peşakarsan axı.....
Bu xəbər oxucular tərəfindən 1733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed