Şrift:
Baş dermatoveneroloq: “Bədxassəli dəri xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb” - MÜSAHİBƏ
28.10.2016 [15:03] - Gündəm, Müsahibə
“Dəridə mövcud olan 2 minə yaxın xəstəliyin çoxunun səbəbi məlum deyil”

Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcovun APA-ya müsahibəsi:

- Zülfüqar həkim, bu gün Azərbaycanda dəri-zöhrəvi xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir, daha çox hansı xəstəliklər yayılıb?

- Bu gün ölkənin dermatologiya sahəsində müəyyən yeniliklər edilir. Zöhrəvi xəstəliklərdən Azərbaycanda sifilis, qonoreya və digər problemlər müşahidə edilir. Bunlardan bəzilərində, məsələn, sifilisdə artım qeydə alınıb.

Adətən zöhrəvi xəstəliklər əhalinin miqrasiyası il əlaqədar olur. Vətəndaşlar xarici ölkələrdə xüsusilə Rusiya, Ukrayna, Baltikyanı ölkələrdə işləyib gəldikdən sonra bu infeksiyası yayırlar.

Dəri xəstəliklərindən isə ekzema, psoriaz, allergik dermatitlər və digərlərinə daha çox rast gəlinir. Bu xəstəliklərin artıb-azalması fəsillərlə əlaqədar ola bilər. Göbələk xəstəliklərinə əsasən yaz-yay aylarında daha çox təsadüf olunur. Bu xəstəliklərin əmələ gəlməsi və yayılmasında tərləmə və istilik faktoru da rol oynayır. Bundan əlavə, məslə insanların gigiyenik qaydalara riayət edib-etməməsindən asılıdır.

Çox vaxt xəstələr profil üzrə başqa mütəxəssislərə müraciət edirlər. Məsələn, dəridə problem varsa, onu dəri həkiminə yönəltmək lazımdır. Yaxud da xəstədə aralıq nahiyədə düyüncüklər əmələ gəlir, onu hemorroy düyünlər diaqnozu ilə cərrahi müdaxilə edilir. Halbuki bu düyüncüklər sifilisin II dövründə müşahidə oluna bilər. Və yaxud stomatoloqlar ağızda əmələ gələn hər hansı bir yaranı avto-stomatit diaqnozu ilə müalicə edirlər. Sonra bizim yanımıza gəldikdə onda da sifilisin II dövrü olduğunun şahidi oluruq.

Nikaha daxil olmaq istəyənlərin müayinədən keçirilməsi çox yaxşı haldır. Bu məsələ bir çox xəstəliklərin erkən aşkarlanmasına şərait yaradır. Bu gün Azərbaycanda 500-ə yaxın dermatoveneroloqlar var və onların da hamısı Azərbaycan Dermatoveneroloqlar Cəmiyyətində birləşib.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed