Şrift:
DAVAM.AZ XƏBƏR PORTALI KİMİ FƏALİYYƏTƏ BAŞLADI
15.09.2011 [10:10] - Gündəm, Özəl xəbər
Fəaliyyətimizdə millətçilik, vətənçilik, dövlətçilik, öncüllük və əxlaq prinsiplərini rəhbər tutulacaq

Bu gün 15 sentyabr Bakının qurtuluşu şərəfinə davam.az xəbər portalı “BÜTÖV AZƏRBAYCAN ADINA” devzi altında yeni formatda istifadəyə verildi. Saytın əsas qayəsi bu gün dünyanı bürümüş yalan xəbər burulğanında doğrunu təqdim edə bilmək qədər günümüzün ən çətin missiyasını həyata keçirə bilməkdir. Yalan xəbər super güc adlandırılanların ümumi maraqlarının bir hissəsi kimi həm də millətimizə qarşı yürüdülən mənəvi terror funksiyasını yerinə yetirir. Bacardığımız qədər buna qarşı çıxacaq, bölgəmizdə və ölkəmizdə baş verən həqiqətləri yayacağıq. Fəaliyyətimizdə millətçilik, vətənçilik, dövlətçilik, öncüllük və əxlaq prinsiplərini rəhbər tutulacaq. Yalan xəbərə qarşı gerçəkləri yazmaq və ictimai maarifləndirməyə xidmət etmək xəbər portalı olaraq əsas prinsiplərimiz olacaq. Informasiya əsrində təkləndiyimiz bir vaxtda vətənimizin hər yerindən gerçək xəbərləri yaymaq, millətimizə qarşı mövcud basqılar altında isə millətimizin haqq səsini çatdıracağıq.
Xəbərlərimizi daha geniş auditoriyaya çatdırmaq üçün xəbər portalımız bir neçə əcnəbi dildə fəaliyyət göstərəcəkdir.
Saytımızın azərbaycan türkcəsində olan hazırkı versiyası 19 sentyabr 2011-ci il tarixində “Davam” qəzetinin növbəti sayının dərci ilə tam fəaliyyətə başlayacaqdır.
Saytda yer almış bütün bölmələri layiqincə təqdim etmək və yuxarıda qeyd etdiyimiz prinsiplər çərçivəsində ölkəmizin bütün təbəqələrinin tribunasına, fikir meydanına çevrilməyə çalışacağıq.
Bu xəbər oxucular tərəfindən 2345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed