Şrift:
Putin və Türkmənistan prezidenti ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər
01.11.2016 [08:58] - Gündəm, Siyasət
Bu gün Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.

"RİA Novosti"-nin verdiyi məlumata görə, noyabrın 1-i Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gələcək.

Gözlənilir ki, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzuları yüksək səviyyədə müzakirə olunacaq. Aktual regional məsələlərə dair də fikir mübadiləsi aparmaq nəzərdə tutulur.

Türkmənistan prezidenti sonuncu dəfə 2011-ci ilin dekabrında Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Rusiyaya səfər edib.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed