Şrift:
Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq
04.11.2016 [14:08] - Gündəm, Siyasət
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlar üçün mandat bu ilin sonuna kimi verilə bilər.

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib: “Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir. Düşünmürəm ki, yeni sazişlə bağlı Avropa İttifaqının mənfi münasibəti olsun”.

M.Məmməd-Quliyevin sözlərinə görə, danışıqlar üçün mandat verildikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşəcək.
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed