Şrift:
İtaliyanın xarici işlər naziri Azərbaycana gələcək
07.11.2016 [10:22] - Gündəm, Siyasət
İtaliyanın xarici işlər naziri Paolo Centiloni Gürcüstanın paytaxtı Tbilisiyə yola düşüb. Bu barədə İtaliya XİN-in məlumatında deyilir.

Səfər çərçivəsində nazir Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

İtaliya xarici işlər idarəsinin məlumatına görə, daha sonra P.Centiloni Azərbaycan və Ermənistana səfər edəcək.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed