Şrift:
İsrail Yaxın Şərq üzrə Paris konfransında iştirakdan imtina edib
08.11.2016 [10:36] - Gündəm, Siyasət
İsrail hökuməti Fransanın cari ilin sonunda Parisdə keçirilməli olan Yaxın Şərqdə sülh nizamlanma prosesinə həsr olunmuş konfransda iştiraka dair dəvətini rəsmən rədd edib.
Bu barədə bazar ertəsi Qərb mətbuatı məlumat yayıb.
İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasından bildirilib ki, bu konfrans onları fələstinlilərlə bilavasitə danışıqlardan yalnız uzaqlaşdıracaq. Həmçinin qeyd olunub ki, Təl-Əviv fələstinlilərlə 2014-cü ildə pozulan birbaşa danışıqları bərpa etməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed