Şrift:
“Avropa ordusunun yaradılması qaçılmazdır”
10.11.2016 [14:47] - Gündəm, Siyasət
“Avropa ordusunun yaradılması qaçılmazdır. Bunu zəruri edən bir sıra amillər var. Çox güman ki, ABŞ da gələcəkdə qitənin təhlükəsizliyinin qayğısına qalmayacaq”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının sədri Jan-Klod Yunker Berlində açıqlayıb.

Jan-Klod Yunker vurğulayıb ki, Avropanın təhlükəsizliyi üçün addımlar atılmalıdır: “Biz hamımız, xüsusən Almaniya və Berlin amerikalılara tarixi cəhətdən borcluyuq. Lakin uzunsürən perspektivdə amerikalılar avropalıların təhlükəsizliyinin qayğısına qalmayacaqlar. Bunu biz özümüz etməliyik. Avropa müdafiə ittifaqına dair məsələ gündəmə gətirilməlidir. Avropa ordusunun yaradılması qaçılmazdır. Bu musiqi artıq səslənsə də, bir çox avropalılar onu eşitmir”.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed