Şrift:
Mariya Zaxarova: "Rusiya ABŞ ilə normal münasibətlər qurmağa hazırdır"
11.11.2016 [10:32] - Gündəm, Siyasət
"İkitərəfli münasibətlərin yaxşılaşdırılması, daha doğrusu, ABŞ-Rusiya münasibətlərinin dalandan çıxarılması bu məsələlərlə peşəkarlıqla məşğul olan insanların böyük işinin nəticəsidir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.
"İndi ABŞ-da kursun müəyyənləşdirilməsindən çox, komandanın formalaşdırılması prosesi gedir. Əlbəttə, buna müəyyən vaxt lazım olacaq. Ardından ənənəvi qaydada müvafiq xarici prioritetlər, məqsəd və vəzifələr dilə gətiriləcək" - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərini heç kim ləğv etməyib, bu, mövcuddur: "Bu məsələdə təkəbbür və həvəskar yanaşma ola bilməz".
XİN sözçüsü Rusiyanın buna tam hazır olduğunu, o cümlədən BMT Təhlükəsizlik Şurası, Suriyaya yardım Beynəlxalq qrupu və əlbəttə, ABŞ ilə ikitərəfli öhdəliklər çərçivəsində götürdüyü bütün öhdəliklərə sadiq olduğunu qeyd edib.
M.Zaxarova bildirib ki, Rusiya seçki kampaniyası boyunca hər zaman ABŞ-la normal münasibətlərin qurulmasına hazır olması istiqamətində konkret mövqeyini ortaya qoyub.
Onun sözlərinə görə, insanlar bəzi amerikalı siyasətçilərin ambisiyalarının girovuna çevrilib.
"İnsanlar yorulub, köhnə aqressiya və yalan dərisini üzərlərindən atmaq istəyirlər" - M.Zaxarova vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed