Şrift:
Güney Azərbaycan xəbərləri
13.03.2012 [12:43] - Güney Azərbaycan xəbərləri
Vəli Kiçik Paşa məhkəmə iclasında Güney Azərbaycandan danışıb
Güney Azərbaycan xəbərləri






Türkiyədə “Ergenekon” işi üzrə həbs edilmiş general Vəli Kiçik və digərlərinin üzərində qurulmuş məhkəmə prosesində növbəti iclas keçirilib.Türk mediasının xəbərlərinə görə, prosesdə ona qarşı irəli sürülmüş çoxsaylı ağır ittihamlar üzrə növbəti ifadə verən general Vəli Kiçik bildirib ki, onların həbsi Türkiyə ordusunu bitirməyə hesablanmış planların bir hissəsi idi.General ifadəsində Azərbaycanda kifayət qədər tanınan və hörmət sahibi olan şəxs olduğunu, mərhum keçmiş prezident Əbülfəz Elçibəylə yaxın dostluğunu xatırladıb: “Jandarma qüvvələrindən istefaya çıxandan sonra Dünya Azəraycanlıları Konqresinə qatıldım, təşkilatın İdarə Heyətinin üzvü oldum. Rəhmətlik Elçibəy mənimlə söhbətində deyirdi ki, 30 milyon azərbaycanlının yaşadığı Güney Azərbaycanın müstəqilliyinə nail olmaq lazımdır. Mən isə deyirdim ki, bunun zamanı deyil. Amerika İranda müstəqil Azərbaycan dövləti qurmaq istəyirdi, məni də bu işə cəlb etməyə çalışdılar. Nail ola bilmədilər və həbs edildim. "Ergenekon" adında təşkilatın, JİTEM-in mövcud olduğu barədə deyilənlər quramadır, mənə qarşı irəli sürülmüş ittihamlar saxtadır".

“Traxtur” öz rəqibini məğlubiyyətə uğratdı
Güney Azərbaycan xəbərləri




Təbrizin səhənd stadionunda “Traxtur”la İsfahanın “Sepahan” takımları arasında keçirilən müsabiqə, bu dəqiqələrdə “Traxtur”un qələbəsi ilə sona çatdı.İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 27-ci həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində heç bir takım tərəfindən qol vurulmadı.Yarışın 2-ci hissəsində isə “Traxtur” takımının oyunçusu Rudriqo tərəfindən 1 qol vuruldu.Bununlada “Traxtur-Sepahan” müsabiqəsi (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə sona çatdı.Qeyd edək ki, “Traxtur” takımı bu müsabiqədə 3 imtiyaz əldə edərək cədvəlin ikinci yerinə yüksildi.
Milli fəallar unudulmur: “Mərhum Səhənd Əfşarinin ildönümü qeyd olunub”
Azərbaycanın qədir-qiymət bilən xalqı öz fədakar övladlarını illər keçsədə unutmur.Məlumata görə, Azərbaycan Milli Hərəkatı fəalı və şair mərhum Səhənd Əfşarinin növbəti ildönümü mərasimi keçirilib. Mərasimdə yerli əhali və 10-larla tanınmış azərbaycanlı fəal mərhumun ailəsi ilə birlikdə onun məzarı üstünə gedib və əziz xatirəsini anıblar.Mərasim martın 9-da keçirilib.Qeyd edək ki, mərhum Əfşari 2006-cı il martın 10-u Ərdəbil-Astara yolunda avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

İbrahim Rəşidi adından yalançı telefon əlaqələri saxlanılıb
Güney Azərbaycan xəbərləri





Hazırda həbsdə saxlanılan tanınmış Milli Hərəkat fəalı İbrahim Rəşidi (Savalan) adından yalançı telefon əlaqələri saxlanılıb.50 gün saxlanıldıqdan sonra Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən İbrahim Rəşidinin dostlarına zəng edilib.İbrahim Rəşidinin qardaşı məhkəməyə müraciət edib, qardaşı ilə telefon əlaqəsi saxlamağa icazə alıb və onunla danışdıqdan sonra məlum olub ki, bu günə qədər İbrahim Rəşidi kimsə ilə telefon əlaqəsi saxlamayıb və bütün bunlar hansısa məqsədlərə yönəlik ETTELAAT tərəfindən həyata keçirilib.

İrandan Davutoğlunun sözlərinə reaksiya
Güney Azərbaycan xəbərləri





Türkiyə Xarici işlər Naziri Əhməd Davutoğlunun ifadələrinə reaksiya verən İran Xarici işlər nazirliyi, Suriya dövlətinə əhatəli dəstəklərinin davam etdiyini söylədi.İranın rəsmi xəbər agentliyi IRNAə danışan İran Xarici işlər nazir Köməkçisi Hüseyn Əmir Abdullahiyan, Türkiyə xarici işlər naziri Davutoğlunun bir qəzetə verdiyi reportajda istifadə etdiyi, "İran və Rusiya keçən ilə nəzərən Suriya Dövlət Başçısı Beşar Esada verdikləri dəstəyi azaltdı" ifadəsini qiymətləndirdi. Abdullahiyan, "İran İslam Respublikasının, Suriya dövləti və millətinə verdiyi dəstək əhatəli şəkildə davam etməkdədir.Suriya xalqının, Esadın islahatlarına dəstək verdiklərinə və xarici müdaxilələrə qarşı olduqlarını açıqladı.Beynəlxalq və bölgədəki bəzi ölkələrin Suriyadakı müxalifləri silahlandırılma mövzusunda xəbərdar edən Abdullahiyan, "İran, Suriyadakı etibarsızlığı və sabitliksizliyi dəstəkləyən ölkələri bu ölkədəki böhranın şiddətləndirilməsindən məsul tutduqlarını" açıqladı.

ABŞ iranlı generalın bütün aktivlərini dondurub
Güney Azərbaycan xəbərləri





ABŞ İran İnqilabi Keşikçilər ordusunun tərkibinə daxil olan “Əl-Qüds” xüsusi xidmətinin generalı Qulamriza Bağbaniyə qarşı qadağalar tətbiq edib.Birləşmiş Ştatların Maliyyə Nazirliyinin məlumatına görə, general Qulamriza Bağbani Əfqanıstandan narkotika qaçaqmalçılığı, eləcə də əfqan taliblərinə silah tədarükündə ittiham olunur. Amerika xüsusi xidmət orqanlarının iranlı generalla bağlı yaydıqları məlumatda deyilir ki, Bağbaninin Əfqanıstanla həmsərhəd olan Zahedan əyalətindəki rəhbərlik etdiyi idarə İran sərhədi vasitəsilə Əfqanıstan narkomafiyasına tiryəkin narkotik alkaloidlərini daşımaqda yardım edib. ABŞ yuridiksiyası ilə generalın bütün aktivləri dondurulub, Amerikanın fiziki və hüquqi şəxslərinə onunla işgüzar əlaqəyə girmək qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 2059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed