Şrift:
AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək
19.11.2016 [12:43] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq üzrə həmməruzəçiləri Cüzeppe Qalati və Alan Mil noyabrın 22-23-də Yerevana səfər edəcək.
Ermənistan KİV-i xəbər verir ki, onlar "seçki sistemində islahat", 2017-ci ildə keçiriləcək parlament seçkiləri, "konstitusiya islahatı"nın həyata keçirilməsi, o cümlədən "polis sietemində islahat" və polisin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq üçün "müstəqil mexanizmin" yaradılması məsələləri ətrafında müzakirələr aparacaqlar.
İnformasiyaya əsasən, həmməruzəçilər ölkə prezidenti, baş naziri, parlamenti sədri, eləcə də ədliyyə naziri, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri, məhkəmə orqanlarının təmsilçiləri, polisin başçısı ilə görüş keçirəcək.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed