Şrift:
MDHP-də Güney Azərbaycanın problemləri ilə bağlı görüş keçirildi
11.10.2011 [16:04] - Güney Azərbaycan xəbərləri
Fərəc Quliyev: “Urmu gölünün qurudulması Güney Azərbaycanın ekologiyasını korlamaqla bərabər Türkiyə və Quzey Azərbaycanın da ekologiyasına da ciddi zərər vuracaq”

Türk Xalqlarının Ümumdünya Assambleyasının vitse-prezidenti Akademik Yəhya Yusif Canıyar və Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilginlə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev arasında görüş keçirilib.
Türk Xalqlarının Ümumdünya Assambleyasının vitse-prezidenti Akademik Yəhya Yusif Canıyar və Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin 07.10.2011-ci il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının qərargahında partiyanın sədri, millət vəkili Fərəc Quliyev və MDHP-nin Güney Azərbaycan departamentinin sədri Əlirza Amanbəylilə görüş keçiriblər. Qonaqları salamlayan MDHP sədri bildirib ki, “Güney Azərbaycanda milli azadlıq hərəkatı artıq kütləvi hal alıb və bunun qarşısını almaq mümkün deyil. Urmu gölünün qurudulması təkcə Güney Azərbaycanın ekologiyasını korlamaqla bərabər Türkiyə və Quzey Azərbaycanın da ekologiyasına da ciddi zərər vuracaq”. Sədr onu da qeyd edib ki, parlamentdə bu məsələləri hər zaman gündəmdə saxlamağa, eyni zamanda Azərbaycan mətbuatında da Güney Azərbaycanda cərəyan edən prosesləri ictimaiyyətin diqqətinə çatdırır.
Əlirza Amanbəyli isə öz növbəsində bildirib ki, “bu gün Güney Azərbaycanın Türk dövlətlərinin və xaricdə yaşayan azərbaycanlıların dəstəyinə ciddi ehtiyacı var. Güneyin daxilində kifayət qədər yüksək milli şüura malik, savadlı, tanınan və tanınmayan Türk millətçiləri yetişib. Güney Azərbaycana xaricdən nə rəhbərlərə, nə də ideoloqlara ehtiyac yoxdur, onların rəhbərləri də, əsgərləri də, ideoloqları da öz içərilərindədir. Güney Azərbaycanın ancaq xaricdəki soydaşlarımızdan və Türk dövlətlərindən mənəvi dəstək və onların haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəkləri var. Yəhya Yusif Canıyar Fərəc bəyin Güney Azərbaycan və Türk dünyasına baxışlarını yüksək qimətləndirərək bildirdi ki, “biz Güney Azərbaycan, Dağlıq Qarabağ, Dərbənd və Borçalı problemlərini mütləq müstəqil Türk dövlətlərinin gündəminə gətirməliyik. Əgər bu problemləri xalqlarımız və dövlətlərimiz öz gündəmlərinə gətirsələr, tez bir zamanda həllini tapa bilər. Bunun üçün də mütləq həm Türk dünyasında həm də ölkə daxilində bütün siyasi-ictimai təşkilatlar bu məsələlərdə birgə fəaliyyət göstərməlidir. Orta Asiya Türkləri mütləq şəkildə bilməlidirlər ki, onların 40 milyona yaxın soydaşı İran rejiminin əsarətində bütün insani hüquqlardan və milli şüurdan məhrum edilib”. Güney Azərbaycan Demokrat partiyasının sözçüsü İsveçdə yaşayan Mahmud Bilgin görüşdə səslənən bütün fikirlərə qoşularaq bildirdi ki, “bu gün Güney Azərbaycanda milli azadlıq hərəkatı ən yüksək səviyyəyə qalxıb. Bu yüksəliş Güney Azərbaycanın qurtuluşunu mütləq təmin edəcək. Quzey Azərbaycan, Türkiyə və Orta Asiya Türk dövlətləri Güney Azərbaycan məsələsinə ciddi yanaşmalı və ordakı 40 milyon Türkün taleyinə biganə qalmamalıdır, ona görə ki, Bütöv Azərbaycanın, Qarabağın və nəhayət Turanın reallaşması ancaq Güney Azərbaycanın qurtuluşundan sonra mümkün olacaq”. Görüşün sonunda MDHP, GADP və TXUA-nın birgə razılığı əsasında qeyd olunan məsələlərlə bağlı ortaq layihələrin həyata keşirilməsı planlaşdırıldı.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed