Şrift:
Binəli Yıldırım prezident seçkilərinin vaxtını açıqladı
26.11.2016 [12:04] - Gündəm, Siyasət
Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım TRT-yə müsahibəsində bildirib.

"Yeni konstitusiya (anayasa) ilə bağlı parlamentdəki işləri 2017-ci ilin yanvarın sonunadək tamamlayacağıq. Koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”, - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed