Şrift:
Macarıstan xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək
28.11.2016 [10:40] - Gündəm, Siyasət
Macarıstanın xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora Azərbaycana səfər edəcək.
Bu barədə Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Səfər zamanı J.Çutora "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisini ziyarət edəcək, eləcə də Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, daha əvvəldən əldə olunmuş razılıqların nə dərəcədə həyata keçirildiyi müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed