Şrift:
Silvio Berluskoni İtaliyada keçiriləcək seçkilərdə iştirakını istisna etməyib
28.11.2016 [10:42] - Gündəm, Siyasət
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni seçkilərdə iştirakını istisna etməyib.
Bu barədə "TASS" "Il Messaggero"ya istinadən məlumat yayıb.
Məlumata görə, 80 yaşlı keçmiş baş nazir bununla bağlı fikirlərini müsahibəsində qeyd edib. O, Strasburqdakı Avropa Məhkəməsinin qərarını gözləyir.
Berluskoninin vəkilləri İtaliya Məhkəməsinin qərarından kassasiya şikayəti veriblər. Keçmiş baş nazir əmindir ki, Strasburqda məhkəmə onun işi üzrə bəraət hökmünü çıxaracaq.
Qeyd edək ki, Berluskoni 2013-cü ildə maliyyə dələduzluğunda və digər cinayətdə müqəssir bilinib. Bu səbəbdən də ona seçkilərdə iştirak etmək və 8 il ərzində vəzifə tutmaq qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed