Şrift:
Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib
28.11.2016 [14:57] - Gündəm, Siyasət
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib.
Onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.
***13:35
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.
Bu barədə Belarus dövlət başçısının saytına istinadən xəbər verilir.
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.
A.Lukaşenkonun həmçinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed