Şrift:
Avropa Parlamentinə prezident seçkisinin tarixi məlum olub
28.11.2016 [15:17] - Siyasət
Avropa Parlamenti prezidenti vəzifəsinə yeni seçki 2017-ci il yanvarın 17-də keçiriləcək.
Bu barədə Avropa İttifaqı Parlamentindən bildirilib.
Məlumata görə, Avroparlamentin hazırkı prezidenti Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb.
Xəbərdə bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin prezidentliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda prezidentliyə 10 potensial namizədin adı hallanır.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed