Şrift:
İraqın şimalındakı kürd muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq
29.11.2016 [10:27] - Gündəm, Siyasət
İraqın şimalında yaradılan Kürd Muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq.
Bu məsələ muxtariyyət hökumətinin başçısı Neçirvan Barzaninin Ankaraya səfəri zamanı müzakirə olunub.
N.Barzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımla görüşüb. Rəsmi Ankara muxtariyyətin bu istəyini müsbət qarşılayıb. Belə ki, 2017-ci ilin əvvəlində İraq səfirliyinin himayəsi altında Türkiyədə muxtariyyətin nümayəndəliyi açılacaq.
Qeyd edək ki, İraqın şimalında yaradılan Kürd Muxtariyyətinin ABŞ və Rusiya da daxil olmaqla 14 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. İraqın şimalında yaradılan bu hökumətin lideri Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının Ankara nümayəndəliyi isə 1996-cı ildə açılıb.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed